30.01.2012 | Baxış sayı: 148
Bu gün Gənclər üçün Təhsil Mərkəzi və Azərbaycan Uşaqlar Birliyi arasında əməkdaşlıq məqsədi ilə anlaşma memorandumu imzalanmışdır.
İmzalanmış memoranduma əsasən tərəflər 3 il müddətində fəaliyyət sahəsi üzrə informasiya mübadiləsi, təşkilatlararası təcrübə mübadiləsi, fəaliyyət hesabatlarının mübadiləsi, əməkdaşların praktiki bacarıqları sahəsində təcrübə mübadiləsi, birgə layihə təkliflərinin hazırlanması və təqdim edilməsi, birgə layihələrdə iştirak, birgə təlim və seminarların təşkili və s. kimi məsələləri həyata keçirəcəkdir.
Yaxın günlərdə görüləcək işlərlə bağlı fəaliyyət planı da təsdiq ediləcək.
Qeyd edək ki, hər iki təşkilat artıq 10 ildən artıqdır ki, aktiv fəaliyyət göstərir, müxtəlif yerli və beynəlxalq layihələr həyata keçirirlər.
Paylashmaq