Gəncə Debat Mərkəzinin Açılış Mərasimi keçiriləcək

27.01.2012  |   Baxış sayı: 68

debat28 yanvar 2011-ci il tarixində Gəncə şəhərində, "Vətəndaş Cəmiyyətində Debat" İctimai Birliyinin dəstəyi ilə, "Smart SN" təşkilatı tərəfindən Gəncə Debat Mərkəzinin açılış mərasimi keçiriləcək. Tədbirdə, Gəncə İcra Hakimiyyətinin Humanitar və İctimai Şöbəsinin, Gəncə şəhər Gənclər və İdman Baş İdarəsinin, Gələcəyə Körpü, "Gənc Liderlər" İctimai Birliyinin nümayəndələri və Gəncə şəhərinin 7 ali təhsil müəsisəsinin Tələbə Gənclər Təşkilatı və Tələbə Həmkarlar İttifaqı Komitəsinin sədrləri iştirak edəcək.

Gəncə Debat Mərkəzi Gəncə şəhəri və ətraf regionlarda gənclərin debat, natiqlik, idarəetmə, sahibkarlıq, karyera, liderlik və digər mövzularında təlimlərin və müxtəlif layihələrin keçirilməsi ilə onların marifləndirilməsinə, həmçinin təşəbbüslərinin dəstəklənməsinə imkan yaradacaq.

Məlumat üçün qeyd edək ki, "Vətəndaş Cəmiyyətində Debat" İctimai Birliyi 1998-ci ildən fəaliyyət göstərərək özündə ölkənin müxtəlif regionlarında yerləşən 60 orta məktəbi və 31 ali məktəbi birləşdirir. Təşkilatın missiyası xidmətlərin göstərilməsi və gənclərin təşəbbüslərininin dəstəklənməsi vasitəsi ilə cəmiyyətin marifləndirilməsidir. Təşkilat fəaliyyəti dövründə 18 000 gəncin iştirakı ilə 70-dən artıq debat yarışları, 250-dən artıq təlim, seminar və 24 yay məktəbi təşkil etmişdir.

Əlavə məlumat üçün:

Pərvin Piriyev

PR koordinatoru

"Vətəndaş Cəmiyyətində Debat" İBAzərbaycan, Bakı şəhəri,Cəfər Cabbarlı küç. 44, Caspian Plaza 3/3

Tel/Faks: (+994 12) 497 08 46/45

Mob: (+99455) 841 40 89

E-mail: Bu email ünvanı spambotlardan qorunur. Onu görmək üçün JavaScripti qoşmaq lazımdır.

Paylashmaq