“Gənclərin Elmi Araşdırmalarına Dəstək”İctimai Birliyi www.azturizm.az veb saytını hazırlamışdır.

16.01.2012  |   Baxış sayı: 153

logo GEAD"Gənclərin Elmi Araşdırmalarına Dəstək" İctimai Birliyi tərəfindən Azərbaycan Respublikasının Prezidenti yanında Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurasının maliyyə yardımı ilə "Azərbaycanda turizm xidmətlərinin mərkəzləşdirilmiş bazasının hazırlanması" layihəsi çərçivəsində www.azturizm.az veb saytı hazırlanmışdır.

Veb saytın hazırlanmasında əsas məqsəd Azərbaycanda daxili turizmin inkişafına təkan verməkdir. Belə ki, toplanmış turizm məlumat bazası əsasında turizm büdcəsinin planlaşdırılmasındakı çətinliklərin aradan qaldırılması, turizm sektorunda rəqabət mühitinin formalaşdırılması nəzərdə tutulur. Bunun üçün veb saytda kataloq xarakterli məlumat bazasından fərqli olaraq Azərbaycan dilində ilk dəfə turizm obyektlərinin təklif etdiyi qiymət və xidmətlərin müqayisəli axtarış sistemi qurulmuşdur. Bu axtarış sisteminin köməyi ilə hər bir turist istirahət etmək istədiyi turizm obyektini eyni vaxtda bir neçə göstəriciyə görə (növü, ulduzunun sayı, qiyməti və yerləşdiyi iqtisadi rayon ) seçə bilər. Başqa sözlə desək, Azərbaycanda istirahət etmək istəyən hər kəs bu veb sayta daxil olub öz maliyyə vəziyyətinə uyğun olaraq istədiyi rayonda ən münasib istirahət mərkəzini və ya oteli asanlıqla tapmaq imkanına malikdir.

Bundan əlavə olaraq www.azturizm.az veb saytında məlumatların toplanması və yenilənməsi mexanizmi, həmçinin turizm xidmətlərinin keyfiyyətinin turistlərin rəyləri əsasında qiymətləndirilməsi sistemi də qurulmuşdur. Veb saytda doğma vətənimiz Azərbaycanın tarixi, təbiəti, mədəniyyəti və inzibati rayonları haqqında yığcam və yorucu olmayan məlumatlar, foto və video lentlər, Azərbaycanda turizm sektorundakı ən yeni xəbərlər öz əksini tapmışdır.

 

Paylashmaq