Gənclər üçün Təhsil Mərkəzi birinci oldu

16.01.2012  |   Baxış sayı: 122

GTMAzərbaycanın ictimai sektorunda nüfuzlu internet səhifələrdən biri olan "resurs.az" bir ay bundan öncə maraqlı sorğuya başlamışdır.

Əsas məqsədi 2011-ci ildə ən effektiv fəaliyyət göstərən gənclər təşkilatını müəyyən etmək olan sorğuya 10 QHT-nin adı daxil edilmişdir.

Bu günlərdə bitən sorğuda ümumilikdə 2122 internet istifadəçisi iştirak etmişdir.

Beləliklə, sorğunun nəticələrinə əsasən 40 faiz səslə Gənclər üçün Təhsil Mərkəzi qalib olmuşdur.

Digər təşkilatlardan ikinci yeri 27,8 faizlə Azərbaycan Gənclərinin Avropaya İnteqrasiyası Təşkilatı, üçüncü yeri isə 15 faiz səslə AİESEC-Azərbaycan Təşkilatı tutmuşdur.

Mətbuat Xidməti

www.gtm.az 

Paylashmaq