Mətbuatın Nəzərinə: British Council təşkilatı Avropa İttifaqı tərəfindən maliyyələşən yeni regional layihənin icrasına başlayacaqdır.

12.01.2012  |   Baxış sayı: 287

BritishCouncil

British Council Azərbaycan 2012-ci il, 13 yanvar tarixində yerli tərəfdaş qurumları - Azərbaycan İnsan Hüquqları Fondu və İqtisadi Araşdırmalar Mərkəzi ilə birgə Avropa İttifaqı tərəfindən maliyyələşdirilən "İcma İnkişafı üçün İcmadaxili Əməkdaşlıq və Dialoq" layihəsinin açılışını keçirəcəkdir.

Mətbuat nümayəndələri 2012-ci il, 13 yanvar tarixində saat 11:00-da Bakı ş., Park İnn Otelinə (Azadlıq pr. 1) layihə üzrə press konfransa dəvət olunur.

Avropa Ittifaqının Azərbaycandakı nümayəndəliyinin rəhbəri c-b. Roland Kobia və British Council təşkilatının direktoru c-b. Paul Klemenson layihənin açılış tədbirində iştirak edəcək.

24 ay müddətini əhatə edəcək yerli layihə Azərbaycanın şimal-qərb rayonlarında həyata keçirilir (Oğuz, Balakən, Zaqatala və Qax). Layihə Birləşmiş Krallığın British Council təşkilatı və aşağıdakı yerli tərəfdaş qurumlar tərəfindən icra olunacaqdır: Azərbaycan İnsan Hüquqları Fondu və İqtisadi Tədqiqatlar Mərkəzi. Layihəni Avropa Komissiyası (85%) British Council və yerli tərəfdaşlar təşkilatları (15%) ilə birgə maliyyələşdirir. Layihənin ümumi büdcəsi 224,332 avrodur.

Layihənin məqsədi daha təkmilləşmiş strategiyanın işlənib hazırlanması və vətəndaş iştirakçılığının artırılması vasitəsilə yerli özünüidarə orqanları, vətəndaş cəmiyyəti təşkilatları və yerli icmaların davamlı və birgə inkişafına dəstək verməkdir. Layihənin əsas vəzifələri:

• Bələdiyyələrin ictimai xidmətlərini və hesabatlılığını yaxşılaşdırmaq vasitəsilə qərar qəbulunda səmərəli vətəndaş iştirakçılığını təmin etmək

• Vətəndaş cəmiyyəti təşkilatlarını və yerli bələdiyyələri stimullaşdırmaqla daha şəffaf qərar vermə prosesi üçün qarşılıqlı əməkdaşlığa imkan yaratmaq;

Layihə çərçivəsində yerli vətəndaş cəmiyyəti təşkilatları və bələdiyyələrin bacarıqlarının artırılmasına dair tədbirlər keçiriləcək, "Milli Vətəndaş İştirakı Strategiyası" hazırlanacaq və Azərbaycanın 4 şimal-qərb rayonlarında bələdiyyələrin illik fəaliyyəti üzrə pilot layihələr icra olunacaqdır. Bundan başqa, 60 bələdiyyənin idarəçilik bacarığı gücləndiriləcək və xüsusi ekspertlər qrupu tərəfindən bələddiyyələr sahəsində milli qanunvericiliyə dair təkliflər hazırlanıb Azərbaycan Respublikası Milli Məclisinə təqdim olunacaqdır.

Layihə çərçivəsində bir sıra digər fəaliyyət növlərinin həyata keçirilməsi də nəzərdə tutulmuşdur: bu tədbirlərə təlim və seminarların aparılması, regional dəyirmi masaların keçirilməsi, tövsiyyələr paketi və milli planının hazırlanması və pilot layihələrinnin icrası daxildir.

Əlavə məlumat üçün əlaqə saxlaya bilərsiniz: Nigar Baimova, Proqramlar üzrə Direktor British Council Azərbaycan

Telefon: +99412 497 2013 E-mail: Bu email ünvanı spambotlardan qorunur. Onu görmək üçün JavaScripti qoşmaq lazımdır.

Paylashmaq