"Demokratik İslahatçı Gənclər" İctimai Birliyi tərəfindən Dağlıq Qarabağın işğalı nəticəsində erməni vandalları tərəfindən Azərbaycan xalqına qarşı məqsədli şəkildə törədilmiş amansızlıqlar barədə qısametrajlı film sabah ictimaiyyətə təqdim olunacaq. Bu barədə məlumat verən layihənin rəhbəri Vüsalə Hüseynli bildirib ki, film Xocalı faciəsinin 20 illiyinə həsr olunaraq, Azərbaycan Prezidenti yanında Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurasının dəstəyi əsasında "Qarabağ həqiqətləri: "Kimdir günahkar?" layihəsi çərçivəsində hazırlanıb.
REX (Beynəlxalq tədqiqatlar və Mübadilələr Şurası) Sumqayıt İcma Məlumat mərkəzi üzvlüyə qəbul elan edir.
Əsası 1968-c i ildə qoyulan IREX- i n illik büdcəsi 50 milyon ABŞ dolları təşkil edir və təşkilatın dünya üzrə 500- dən artıq peşəkar işçisi vardır. IREX və onun tərəfdaşı olan IREX- Avropa 50- dən artıq ölkədə müxtəlif proqramları həyata keçirir və ekspert məsləhətlərinin verilməsini təmin edir
IREX-in regionlarda da İcma Məlumat Mərkəzləri fəaliyyət göstərir
• Sumqayıt Şəhəri, Gəncə Şəhəri, Şirvan Şəhəri, Mingəçevir Şəhəri, Bərdə Rayonu, Tərtər Rayonu, Xaçmaz Rayonu, Quba Rayonu, İsmayıllı Rayonu, İmişli Rayonu, Qazax Rayonu, Zaqatala Rayonu, Şəki Rayonu, Tovuz Rayonu, Masallı Rayonu, Lənkəran Rayonu, Göyçay rayonu, Ucar rayonu
Üzvlük haqqı olmayacaq
DİQQƏT: bütün xidmətlər pulsuzdur
Hacıqabul rayon Gənclər və İdman İdarəsinin "Uğur"komandası 17 fevral 2012-ci il tarixində, Şirvan şəhərində Gənclər və İdman Nazirliyinin təşkilatçılığı ilə "Azərbaycan - doğma Vətənimdir" mövzusunda keçirilən "Breyn-rinq" intellektual oynunu üzrə respublika yarışının zona mərhələsin- də 1-ci yeri tutmuşdur. Yarışda-Şirvan şəhəri, Beyləqan, İmişli,Sabirabad, Füzuli ,Saatlı, Xocavənd və Cəbrayıl rayonları iştirak etmişdir.
Azərbaycan Gənclərinin Avropaya İnteqrasiyası Təşkilatı (AGAT), BMT-nin İctimai İnformasiya Departamentinin (UN DPİ) Azərbaycandakı nümayəndəliyi ilə birlikdə AGAT nəzdində yaradılan Milli İcmaların Koordinasiya Şurasının iştirakı ilə Beynəlxalq Ana Dili Gününü həsr olunmuş "Dil və Mədəniyyət" Festivalı keçirəcək. Tədbir 21 fevral 2012-ci il, saat 15:00-da Səttar Bəhlulzadə adına Mərkəzi Sərgi Salonunda ((Üzeyir Hacıbəyov küçəsi, 27 – Hökumət Evinin arxasında) baş tutacaq.
Tədbirdə Şuraya daxil olan rus, ukrayna, yəhudi, tatar, yunan, türk və polşa gənclər təşkilatlarının nümayəndələri şeir, mahnı, səhnəcik, rəqslər, təqdimatlar və s. bu kimi vasitələrlə öz dillərini nümayiş etdirəcək, milli mətbəxlərdən təamlar hazırlayacaq və mədəniyyətlərinin atributu olan milli geyimlərini nümayiş etdirəcəklər.
Azərbaycanın İlk Gənclər Klubu "IB Club" İnkişaf Mərkəzi hər ay olduğu kimi bu ay da üzvləri üçün seminarlarını davam etdirdi.
Ay ərzində 2 seminar, "Karyera planlaşdırılmasında şəxsi inkişafın rolu" və Əməkdaşlıq etdiyi "Shine Xaricdə Təhsil" şirkəti ilə birgə həyata keçirdiyi "Xaricdə Təhsil" seminarı baş tutdu.
Azərbaycan idmanda qadınların sayını artırmaq üçün beynəlxalq təcrübəni öyrənir.
Azərbaycan Milli Olimpiya Komitəsinin Beynəlxalq əlaqələr şöbəsinin rəhbəri Könül Nurullayeva Beynəlxalq Olimpiya Komitəsinin (BOK) ABŞ-ın Los Anceles şəhərində təşkil etdiyi Qadınlar və İdman üzrə 5-ci Dünya Konfransında iştirak edir. Konfransda olimpiya qurumları, beynəlxalq federasiyalar, universitetlər və müxtəlif qeyri-hökumət təşkilatlarından 600-dən çox nümayəndə 130 ölkəni təmsil edir.
- Fərqliliyə Doğru Addım Atmaq İstəyirsən?
- Əylənərək Öyrənmək İstəyirsən?
- Bacarıqlarını İnkişaf Etdirmək İstəyirsən?
- Fərqi Hiss Etmək İstəyirsən?
Elə İsə Sən Də "IB Club"-da ol!
15 fevral, 2011-ci il, Bakı şəhəri
Azərbaycan Uşaqlar Birliyi tərəfindən 15 fevral 2012-ci il tarixdə "Caspian Plaza" Biznes Mərkəzinin konfrans zalında "Deməyə sözümüz var" Foto jurnalistika vasitəsi ilə həssas təbəqədən olan uşaq və gənclərin gözü ilə sosial reinteqrasiya fəaliyyəti layihəsinə həsr olunmuş Mətbuat konfransı təşkil olunmuşdur.
15 февраля 2012 г. состоится презентация молодежной инициативной группы «Step in».
Молодежная инициативная группа «Step in» (на азербайджанском языке - «Cəlb ol», на русском языке - «Вливайся!») учреждена с целью мобилизации молодежных инициатив в поддержку Евровидения 2012.
Azərbaycan Tələbə Gənclər Təşkilatları İttifaqının (ATGTİ) Gənclər və İdman Nazirliyinin dəstəyi ilə reallaşdırdığı ənənəvi Qış "Liderlik Məktəbi" layihəsi başlayır. Artıq məktəbin iştirakçıları, layihənin rellaşdırıldığı məkana Xızıdakı "Cənnət bağı" istirahət kompleksinə yola düşmüşlər.