ELANLAR

Beynəlxalq Münasibətlər üzrə Alimlərin 1-ci İllik Simpoziumu

Simpozium 22 - 23 Oktyabr 2010 - cu il tarixində Bakıda keçiriləcəkdir.
BİZİMLƏ BRUNCH
SORĞU 3
Sizcə ən yaxşı Təhsil Mərkəzi hansıdır?

Beynəlxalq Sülh Konfransı: Müharibənin səbəbləri və Sülh Perspektivləri

Şrift ölçüsü: Decrease font Enlarge font
Beynəlxalq Sülh Konfransı: Müharibənin səbəbləri və Sülh Perspektivləri

Beynəlxalq Sülh Tədqiqatları İnstitutu 2010-cu ilin may ayının 8-dən 10-dək Bakıda keçiriləcək olan Beynəlxalq Sülh Konfransında iştirak üçün müraciətləri qəbul edir. Konfransın məqsədi Siyasət , Beynəlxalq Əlaqələr və digər fənn sahələrindən olan alim və tələbələri bir araya gətirməkdir.

Beynəlxalq Sülh Tədqiqatları İnstitutu  II Dünya Müharibəsinin sona yetməsinin 55-ci ildönümünə həsr olunmuş Beynəlxalq Sülh  Konfransı  təşkil edir. Konfransın 3 tematik sessiyada keçirilməsi nəzərdə tutulur:

Siyasi dünyagörüşü. Müharibənin/Sülhün  və sabitliyin Mahiyyəti və Dəyərləndirilməsi.

Beynəlxalq Hüquq. Beynəlxalq Cinayətkarlıq və onun cəzalandırılması üçün qanunvericilik mexanizmləri.

Yeni texnologiyalar. Müharibələrin yeni növləri və sülh üçün yeni alətlər.

İŞTİRAKA DƏVƏT

Müraciətlər siyasi elmlər, təhsil, iqtisadiyyat və digər sosial elmlər, eləcə də əlaqədar fənnlərdən olan şəxslərdən də qəbul edilir. Konfransda sülh ekspertlərinin, elm xadimlərinin, müəllimlərin, tələbələrin, QHT  liderlərinin, təşkilatçıların, fəalların və dünyanın hər yerindən bu sahədə maraqlı olan mütəxəssislərin iştirakı gözlənilir.

Bizim niyyətimiz elmi cəmiyyətin geniş maraq dairəsinə malik alimlərini və ictimaiyyətin təhsilli üzvlərini dəvət etməkdir. Konfransda təqdim olunan elmi yazılar kitab şəklində nəşr olunacaqdır.

Konfransın işçi dili ingilis dilidir və konspektlər yalnız ingilis dilində yazılmalıdırlar. Hər bir namizəd məruzə təklifini (maks. 500 söz) və  akademik üzvlük/ tədqiqat mövzusu/ ümumi tədqiqat maraqları üzrə qısa CV (maks. 200 söz) təqdim etməlidir.

Konspektlər 2010-cu ilin aprel ayının 1-dək bu e-mail ünvanına göndərilməlidir:
ipri.baku@gmail.com. Sənədlərin qəbulu haqda açıqlama 15 aprel 2010-cu il tarixində veriləcəkdir.

Mühüm tarixlər
Sənədlərin təqdimatı üçün son tarix : 1 aprel 2010-cu il

Sənədlərin qəbul edilməsi barədə bildiriş: 15 aprel 2010-cu il

Sizi Bakıdakı Beynəlxalq Sülh Konfransında gözləyirik!

 

Bu məqaləni qiymətləndirin:
9.33
Bookmark and Share
Subscribe
  • email Dosta göndər
  • print Çap üçün
SON ƏLAVƏLƏR
1 2 3 4 5 > xəbər sayı 1 - 70 944