ELANLAR

Beynəlxalq Münasibətlər üzrə Alimlərin 1-ci İllik Simpoziumu

Simpozium 22 - 23 Oktyabr 2010 - cu il tarixində Bakıda keçiriləcəkdir.
BİZİMLƏ BRUNCH
SORĞU 3
Sizcə ən yaxşı Təhsil Mərkəzi hansıdır?

Hüquq Elminin Aktual Problemləri - II.Elmi Praktik Konfrans

Şrift ölçüsü: Decrease font Enlarge font
Hüquq Elminin Aktual Problemləri - II.Elmi Praktik Konfrans

Qafqaz Universiteti tərəfindən “Mülki Hüququn Aktual Problemlərinə” dair 2005-ci ildə keçirilən 1-ci Beynəlxalq Elmi-Praktik Konfransın davamı olaraq 2-ci Beynəlxalq Elmi-Praktik Konfrans “Hüquq Elminin Aktual Problemlərinə” dair Bakı Dövlət Universiteti və Qafqaz Universitetinin əməkdaşlığı ilə Bakı şəhərində 29 Aprel – 1 May 2010-cu il tarixlərində keçiriləcəkdir.

 

 

BİLDİRİŞ  

Qafqaz Universiteti tərəfindən “Mülki Hüququn Aktual Problemlərinə” dair 2005-ci ildə keçirilən 1-ci Beynəlxalq Elmi-Praktik Konfransın davamı olaraq 2-ci Beynəlxalq Elmi-Praktik Konfrans Hüquq Elminin Aktual Problemlərinə” dair Bakı Dövlət Universiteti və Qafqaz Universitetinin əməkdaşlığı ilə Bakı şəhərində 29 Aprel – 1 May 2010-cu il tarixlərində keçiriləcəkdir.

Konfransa təşkilati dəstəyi AR Ədliyyə Nəzirliyi və TR Ədliyyə Nazirliyi təmin edir.

 

MƏQSƏDİ

Müstəqilliyini elan etmədən əvvəl Azərbaycanda SSRİ-nin totalitar siyasətinə uyğun olaraq özəl mülkiyyət və sahibkarlıq fəaliyyəti qadağan idi. Məhz bu səbəblə həmin dövrdə ölkəmizdə “xüsusi hüquq” demək olar ki, heç inkişaf etmədi, “ümumi hüquq” isə, totalitar rejimin təsiri altında formalaşdı. Müstəqilliyini elan etdikdən sonra Azərbaycan özəl mülkiyyəti, sahibkarlıq fəaliyyətini tanıyan və dəstəkləyən sosial, demokratik, dünyəvi hüquqi dövlət olduğunu bütün dünyaya duyurdu. Bu mərhələdə ortaya çıxan hüquqi münasibətlərin tənzimlənməsi məqsədi ilə müxtəlif qanunvericilik aktları qəbul edildi. Qeyd olunan yeni qanunvericilik aktları dövrümüzün ehtiyaclarına əsasən cavab verdiyi kimi, onlarda bəzi hüquqi boşluqların olması da xarakterikdir. Həmin boşluqlar isə, praktikada mühüm çətinliklər meydana gətirməkdədir. Digər tərəfdən texnologiyanın və işgüzar həyatın sürətlə inkişaf etməsi səbəbi ilə həm xüsusi hüquq sahəsində, həm də ümumi hüququ sahəsində yeni hüquqi problemlər meydana gəlməkdədir.

Konfransın əsas məqsədi, qeyd olunan hüquqi boşluqların ortadan qaldırılması üçün irəli sürülən elmi-praktik təklifləri ümumiləşdirmək, texnologiyanın və işgüzar həyatın inkişafı səbəbi ilə xüsusi və ümumi hüquq sahəsində meydana gələn müasir hüquqi problemlərin həlli yollarını təsbit etmək və bu sahədəki beynəlxalq praktikanı Azərbaycana gətirməkdir.

 

Ətraflı məlumat almaq üçün əlavə edilmiş sənədə baxın

Bu məqaləni qiymətləndirin:
9.50
Bookmark and Share
Subscribe
  • email Dosta göndər
  • print Çap üçün
SON ƏLAVƏLƏR
1 2 3 4 5 > xəbər sayı 1 - 70 944