ELANLAR

Könüllülər Proqramı

Magnus Təhsil Mərkəzi Könüllülər Proqramı elan edir.
BİZİMLƏ BRUNCH
SORĞU 3
Sizcə ən yaxşı Təhsil Mərkəzi hansıdır?

Birlik – Müxtəliflikdədir konfransı

Şrift ölçüsü: Decrease font Enlarge font
Birlik – Müxtəliflikdədir konfransı

PTPİ (People to People İnternational) özünün Avropa Konfransının keçiriləcəyi gözəl Pecs şəhərinə yenidən səfər etməkdən çox məmnundur. Bu il şəhər həm də Avropanın Mədəniyyət Paytaxtıdır, bu da onu daha maraqlı edir

Proqram müxtəlif tərkib hissələrindən ibarət olacaqdır:

  • Konfransdan öncə PTPİ-nin Budapeşt Filialı Macarıstanın paytaxtında 3 günədək davam edəcək  mədəni proqrama dəvət edir.
  • Gənc iştirakçılar üçün Pecs Macar Tələbə Filialı Pecs şəhərində azlıqlar mövzusunda gənclərin görüşünü hazırlamışdır.Görüşdən sonra iştirakçılar Macar musiqisinin də səslənəcəyi qulyaş məclisinə qonaq olacaqlar.
  • Cümə axşamı, günortadan sonra PTPİ Kollokviuma dəvət edir: Mədəniyyətlərarası əlaqə - “Birlik- Müxtəliflikdədir”: hər kəs üçün zənginləşmə. İştirakçılar arasında PTPİ-nin Prezidenti və İcraçı Direktoru Mary Eisenhower də olacaqdır.
  • Pezsgo Haz restoranında Açılış Naharı veriləcəkdir, burada iştirakçılar Macar mətbəxi və folkloru ilə tanış olacaqlar. Restoranın unikal atmosferi daha sonra  yaxşı həftə sonuna zəmanət verəcəkdir.
  • Şənbə günü keçiriləcək Şura toplantısında bütün şöbələr yarmarkaya hazırlaşacaqlar, burada iştirakçılar bütün Avropadan olan regional suvenirlərlə tanış olacaqlar.
  • Palatinus Otelində keçiriləcək Qala Nahar üçün PTPİ-nin Pecs Macar Filialı klassik macar musiqisi hazırlamışdır. İştirakçılar həmçinin Bartok Hall-da rəqs etmək imkanı da əldə edəcəklər.
  • Bazar günü bütün iştirakçılar Mescek dağları vadisində yerləşən Orfu kəndinə səfər edəcəklər. Burada onlar gözəl mənzərə və Csarda bağ restoranındakı ənənəvi yeməklərdən həzz alacaqlar.
  • PTPİ-nin Veszprem və Pecs şöbələri konfransdan sonra qonaqlama da təklif edirlər.
    www.ptpe.org/ pecs2010

 


People to People International Avropa Ofisi
Schillerstr.
59
10627 Berlin
Almaniya
 
Ofis tel: +49 (0)30 88916433
      faks:+49 (0)30 88916434

Bu məqaləni qiymətləndirin:
8.50
Bookmark and Share
Subscribe
  • email Dosta göndər
  • print Çap üçün
SON ƏLAVƏLƏR
1 2 3 4 5 > xəbər sayı 1 - 70 1054