Təlimçi vəzifəsi üçün Elan

15.02.2012  |   Baxış sayı: 749

Madad logoMədəd Azərbaycan təşkilatı British Council-ın maliyyə dəstəyi ilə "İngilis dili müəllimlərinin peşəkarlıq səviyyəsinin təkmilləşdirilməsi" layihəsini həyata keçirir. Layihənin əsas məqsədi İngilis dilinin tədrisində British Council-ın elektron tədris resurslarından yararlanmaq və ümümiyyətlə, informasiya və kommunikasiya texnologiyalarının (İKT) istifadəsi ilə dil dərslərini təkmilləşdirməkdir.

Layihə çərçivəsində orta məktəb müəllimləri üçün 5 regionda – Bakı, Sumqayıt, Şirvan, Göyçay, Mingəçevir şəhərlərində müvafiq təlimlər keçiriləcək. Bu məqsədlə "Mədəd Azərbaycan" təşkilatı Təlimçi vəzifəsi üzrə Bakıda və regionlarda çalışan və İngilis dilini bilən müəllim heyətini, eləcə də ali pedoqoji təhsilli şəxslərin sənədlərini təqdim etməyə dəvət edir.

Tələblər:

• Ali pedaqoji təhsil

• Ən azı 1 il pedaqoji təcrübə

• İngilis dili biliyi

• British Council-ın elektron resursları ilə tanışlıq

• İKT və təhsil mövzusuna maraq

Arzu olunan tələblər:

• Azərbaycanın rayonlarına səfər etmək imkanı

• Təlimçi təcrübəsi

• Məsuliyyətli

Maraqlanan şəxslər CV-lərini İngilis və ya Azərbacan dilində 24 Fevral 2012-ci il tarixindən gec olmamaq şərtilə Bu email ünvanı spambotlardan qorunur. Onu görmək üçün JavaScripti qoşmaq lazımdır. elektron ünvanına göndərə bilərlər. Xahiş edirik, məktubun subject/mövzu hissəsində English Language Trainer vəzifəsini qeyd edin.

Paylashmaq