ELANLAR

Beynəlxalq Münasibətlər üzrə Alimlərin 1-ci İllik Simpoziumu

Simpozium 22 - 23 Oktyabr 2010 - cu il tarixində Bakıda keçiriləcəkdir.
BİZİMLƏ BRUNCH
SORĞU 3
Sizcə ən yaxşı Təhsil Mərkəzi hansıdır?

Vakansiya - Müştərilərlə İş üzrə Koordinator

Şrift ölçüsü: Decrease font Enlarge font
Vakansiya - Müştərilərlə İş üzrə Koordinator

RED Communications PR və BTL Agentliyi Müştərilərlə İş üzrə koordinator vəzifəsinə işçi qəbulunu elan edir. RED Communications agentliyi Bakıda yerləşir və müxtəlif müştərilər üçün PR və BTL sahəsində xidmətlər göstərir.

Ümumi məlumat

Müştərilərlə İş üzrə Koordinator Müştərilərlə İş üzrə Menecerlə sıx şəkildə çalışır. Koordinatorun əsas vəzifəsi PR təqvimlərin, brifinq materiallarının, status hesabatlarının hazırlanması və media ilə bağlı tapşırıqların yerinə yetirilməsidir. Müştərilərlə İş üzrə Koordinator müxtəlif xarakterli vəzifələrin prioritetliliyini effektiv şəkildə müəyyənləşdirməli, müştərilərə xidmət göstərməli və inzibati xarakterli müxtəlif tapşırıqları yerinə yetirməlidir. Müştərilərlə İş üzrə Koordinator departamentin öz məqsəd və vəzifələrini effektiv şəkildə yerinə yetirməsinə kömək edir və müştərilərlə mütəmadi şəkildə əlaqə saxlayır, kommunikasiya fəaliyyətləri barədə müştərilərə hesabat verir.

Tabedir : Müştərilərlə İş üzrə Menecerə

Əsas vəzifə öhdəlikləri

Müştərilərlə Əlaqə

Müştərilər üçün materialların və sənədlərin hazırlanması

- Agentliyin xidmət göstərdiyi müştəriləri daha yaxından tanımalı, hər bir müştərinin gözləntilərini və agentliyini müştərilər üçün göstərdiyi xidmətləri öyrənməli

- Müştərilərlə görüşlərin təyin olunması və koordinasiya edilməsi

- Müştərilərin rəqibləri haqda çap edilən məqalələrin xülasəsinin hazırlanması

- Media hesabatların, media siyahısının, status hesabatlarının, brifinq materiallarının və digər müvafiq sənədlərin hazırlanması

- “Pitç” məktublarının, press-relizlərin, redaksiya məqalələrinin hazırlanması və müştərilər üçün nəzərdə tutulan digər sənədlərlə bağlı korrektə işlərinin görülməsi

Agentlik tərəfindən təşkil edilən tədbirlərə inzibati dəstəyin verilməsi

- Agentliklə müştəri arasında gündəlik əlaqələndirici qismində çıxış etməli

Media ilə əlaqələr

- Media pitçinqlə və media səfərlərinin təşkili ilə yaxından tanışlıq və bu sahədə dərin biliklərə sahib olmalı

- Mediada yayılan məlumatların yığılması, təhlili və qiymətləndirilməsi

- Yeni media haqqında biliklərini mütəmadi olaraq artırmalı, inkişaf etdirməli və media ilə əlaqələr qurmalı

- Gündəlik, həftəlik, aylıq nəşrlərin və onlayn səhifələrin monitorinq edilməsi və müştərinin kommunikasiya fəalliyətlərinin mediada işıqlandırılması üçün imkanları müəyyənləşdirməli

- Bazar və sənaye haqqında məlumatların toplanılmasına yardım etməli

Layihət/Komanda Menecmenti

- Agentliyin inkişafında fəal iştirak etməli, departamentlərin layihələrinin yekunlaşdırılması üçün zaman ayırmalı, müştərilərin və heyətin işinə könüllü şəkildə kömək etməli

- Müştərilərlərlə İş üzrə Meneceri bütün fəaliyyətlər haqqında məlumatlandırmalı

- Müxtəlif müştərilər üçün görülən işləri balanslaşdırmalı və müştərilərlə işləyən heyətlərin işi vaxtında yerinə yetirməsinə diqqət etməli

- Zəruri olduqda sənədlərin kseroks sürətinin çıxarmalı, fakslar göndərməli

- Press-relizlərin və digər sənədlər göndərilməsinə yardım etməli

- Müştərilər üçün biznesin inkişafı ilə bağlı yeni təkliflərin hazırlanmasına və kommunikasiya fəaliyyətlərinin həyata keçirilməsinə yardım etməli (xüsusilə də PR və BTL sahəsində)

 

Tələblər

İctimaiyyətlə əlaqələr yaxud marketinq kommunikasiyaları agenliyində istehsalat təcrübəsi və ya jurnalistika sahəsində iş təcrübəsi olmalıdır. Ətrafdakı insanlar arasında müsbət imicə, optimist əhval-ruhiyyəyə sahib olmalı və KOMANDA şəklində işləməyi bacarmalıdır. Diplomatik olmalı və konfidensiallığı saxlamağı bacarmalıdır. Bakalavr dərəcəsi tələb olunur. Müştərilərlə iş üzrə Koordinator həmçinin aşağıdakı keyfiyyətlərə də sahib olmalıdır:

- Effektiv yazı və natiqlik bacarığı

Media ilə güclü əlaqələr

- Müxtəlif xassəli vəzifələrin prioritetliliyini effektiv şəkildə müəyyənləşdirmək qabiliyyəti

- İşi vaxtında tamamalamaq bacarığı

Peşəkarlıq baxımdan inkişaf etmək istəyi

- Rəqəmlər və qrammatik detallara qarşı diqqətlilik 

- Müştərinin fəaliyyət göstərdiyi sənayenin ümumi ehtiyacları haqda məlumatlılıq

- Azərbaycan, İngilis və Rus dillərini bilməli

- Kompüter proqramlarını bilməli (MS Office, Excel, Power Point, Internet axtarış üsulları və s).


Yuxarıda göstərilən tələblərə uyğun gələn namizədlər öz tərcümeyi-hallarının (CV) Azərbaycan, Rus və ya İngilis dilində nümunələrini aşağıdakı elektron ünvana göndərə bilərlər: info@redcom.az. Son müddət 31 Mart 2010-cu ildir.

 

Bu məqaləni qiymətləndirin:
7.38
Bookmark and Share
Subscribe
  • email Dosta göndər
  • print Çap üçün
SON ƏLAVƏLƏR
1 2 3 4 5 > xəbər sayı 1 - 70 944