ELANLAR

Beynəlxalq Münasibətlər üzrə Alimlərin 1-ci İllik Simpoziumu

Simpozium 22 - 23 Oktyabr 2010 - cu il tarixində Bakıda keçiriləcəkdir.
BİZİMLƏ BRUNCH
SORĞU 3
Sizcə ən yaxşı Təhsil Mərkəzi hansıdır?

İspaniyada EVS proqramı

Şrift ölçüsü: Decrease font Enlarge font
İspaniyada EVS proqramı

Cazalla Intercultural – İspaniyanın Lorka (Mursiya) şəhərində 9 aylıq Avropa Könüllük Xidməti (EVS) layihəsində iştirak etmək üçün 2 nəfəri könüllü axtarır. Layihənin məqsədi son zamanlarda Lorkadakı miqrantların normal həyata inteqrasiyasında olan çətinliklərlə mübarizədir.

Bu insanların sosial həyata qatılmaları, şəhərdəki digər gənc insanlardan təcrid olunması və digər bu kimi problemlərin aradan qaldırılması üçün müxtəlif yönümlü təhsil proqramlarına hazırlıq və təkliflər layihənin başlıca məramını təşkil edir.

Aşağıdakı tələblərə cavab verən 2 nəfər könülü şəxs dəvət olunur:

1-ci şəxs

Beynəlxalq layihələrdə təcrübəsi olmalı, gənclərlə bağlı proqramlar barəsində ətraflı biliklərə malik olmalı, İspan dilini ”elementar səviyyə” dərəcəsində bilməli və ofis şəraitində işləmə təcrübəsi olmalıdır.

Bu şəxslər partnyor təşkilatlarla qarşılıqlı əlaqə çərçivəsində gənclik mübadilə və təhsil kursları kimi Avropa layihələrində iştirak edəcəklər.

Tarixlər: 1 sentyabr 2010-cu il, 1 iyun 2010-cu il

2-ci şəxs

Ispan dilini orta səviyyədə mənimsəmiş, gənc insanlarla işləmə təcrübəsi olan və bu sahədə həvəslə işləmək istəyi olan şəxslər.

Bu şəxslər yerli ictimaiyyət üçün seminarlar və kursların təşkilində və həmçinin gənclərin mübadiləsi kimi avropa proqramlarında iştirak edəcəklər.

Bu post, işlərini təşkil etmək və ideyalarını həyata keçirmək istəyi olanlar üçün əhəmiyyətli vasitə olacaq.

Tarixlər: 15 aprel 2010-cu il, 15 iyul 2010-cu il

İşin təsviri: İş axtarışı üçün rezümelərin hazırlanması, ispan dili kursları ilə bağlı informasiyanın verilməsi və digər bu kimi immiqrantların gündəlik problemlərinin həlli

Müraciət:

Maraqlananlar öz CV-lərini fotoşəkil əlavə edərək 2010-cu il mart ayının 15-dək  masetorra@euroaccion.com  ünvanına göndərə bilərlər.
 

Maraqlandığınız postu məktubunuzda göstərməyinizi xaiş edirik.

Manuel Semitiel
Cazalla Intercultural

www.cazalla-intercultural.org

Tel.+34 968 444 643
Fax.+34 968 466  460

Calle Alcalde Pelegrin Rodriguez, 12

30800 Lorca (Mursiya)

İspaniya

Bu məqaləni qiymətləndirin:
6.75
Bookmark and Share
Subscribe
  • email Dosta göndər
  • print Çap üçün
SON ƏLAVƏLƏR
1 2 3 4 5 > xəbər sayı 1 - 70 944