ELANLAR

Beynəlxalq Münasibətlər üzrə Alimlərin 1-ci İllik Simpoziumu

Simpozium 22 - 23 Oktyabr 2010 - cu il tarixində Bakıda keçiriləcəkdir.
BİZİMLƏ BRUNCH
SORĞU 3
Sizcə ən yaxşı Təhsil Mərkəzi hansıdır?

Vakansiya - Londonda Avrasiya Proqramı Rəhbəri

Şrift ölçüsü: Decrease font Enlarge font
Vakansiya - Londonda Avrasiya Proqramı Rəhbəri

Uğurlu namizəd mürəkkəb mühitlərdə aydın və dəqiq ünsiyyət bacarıqlarına malik olmalı, qarşıdakı bir neçə il ərzində proqramın inkişafı üçün tələb olunan yaradıcılıq qabiliyyəti və enerjiyə malik sahibkar olmalıdır. Bu mövqe inkişaf dövrü üçün maraqlı bir vəzifədir və təşkilat strateji dünyagörüşünə malik olan müstəsna rəhbər axtarışındadır

Avrasiya Proqramının Rəhbərinin əsas vəzifə öhdəliklərinə  Avrasiya Proqramının İnternational Alert təşkilatının məqsəd və strateji prioritetlərinə uyğun olaraq  idarə edilməsi, strateji liderliyin təmin edilməsi, əsas insanlar və təşkilatlarla əlaqələrin yaradılması, regional layihələr, ştat və digər resursların idarə edilməsi, eləcə də yeni ideyaların inkişaf etdirilməsi və maliyyə vəsaitlərinin artırılması aiddir. Uğurlu namizəd mürəkkəb mühitlərdə aydın və dəqiq ünsiyyət bacarıqlarına malik olmalı, qarşıdakı bir neçə il ərzində proqramın inkişafı üçün tələb olunan yaradıcılıq qabiliyyəti və enerjiyə malik sahibkar olmalıdır. Bu mövqe inkişaf dövrü üçün maraqlı bir vəzifədir və təşkilat strateji dünyagörüşünə malik olan  müstəsna rəhbər axtarışındadır. Namizəd elmi dərəcəyə (və ya ekvivalentinə), sülhyaratma və ya əlaqədar sahələrdə, strateji planlama proseslərində, uğurlu layihə inkişafında və vəsaitlərin artırılması sahəsində  əhəmiyyətli  iş təcrübəsinə (sahə üzrə ən az 2 il daxil olmaqla) malik olmalıdır. Rəhbərlik etmək qabiliyyəti ilə yanaşı həmçinin, namizəd maliyyə menecmentinin bütün sahələri üzrə bacarıqlara və ümumi məqsədlər ətrafında digərlərinin enerjisini mobilləşdirmək qabiliyyətinə malik olmalıdır. İngilis və rus dillərini mükəmməl bilmək və Cənubi Qafqaz və/ və ya Orta Asiya regionu ilə tanışlıq əsas tələblərdəndir.

Müraciət proseduru haqda məlumat əlavə edilmiş qoşmada verilmişdir. Bu mövqe üzrə müraciətlər üçün son tarix 25 fevral 2010-cu ildir.

Bütün suallarınızla bu ünvana müraciət edə bilərsiniz: 

Karen Twining

Baş Məsləhətçi

Oxford HR Consultants Ltd

The Old Music Hall, 106-108 Cowley Road, Oxford. OX4 1JE

Tel: +44 (0) 20 8392 2459  Mob: + 44 (0) 7947 105257  Skype ID: karen.tf 

Email: ktwining@oxfordhr.co.uk    Web: www.oxfordhr.co.uk

Bu məqaləni qiymətləndirin:
9.43
Bookmark and Share
Subscribe
  • email Dosta göndər
  • print Çap üçün
SON ƏLAVƏLƏR
1 2 3 4 5 > xəbər sayı 1 - 70 944