ELANLAR

Beynəlxalq Münasibətlər üzrə Alimlərin 1-ci İllik Simpoziumu

Simpozium 22 - 23 Oktyabr 2010 - cu il tarixində Bakıda keçiriləcəkdir.
BİZİMLƏ BRUNCH
SORĞU 3
Sizcə ən yaxşı Təhsil Mərkəzi hansıdır?

Vakansiya - Filial Direktoru

Şrift ölçüsü: Decrease font Enlarge font
Vakansiya - Filial Direktoru

Bazarın tədqiqi ilə məşğul olan xarici şirkət Bakıda regional ofisini açır və Filial Direktoru vəzifələrinə işçi qəbulunu elan edir. Bizim şirkətimiz işçilərimizin ehtiyaclarını qarşılamaq üçün əlverişli və uyğun şəraitə zəmanət verən struktura malikdir.

Seçilmiş namizədlər şirkətin idarə edilməsində inkişaf edən rola malik olacaq və müştəri layihələri vasitəsilə şirkətin fəaliyyətini onun geniş işgüzar və strateji vizyonu ilə əlaqələndirəcəklər. Motivasiyalı və uğura istiqamətlənmiş komanda üzvlərinə misilsiz karyera imkanları təklif olunacaqdır.

Vəzifə: Direktor
Tabedir: Tərəfdaşlar

Vəzifə öhdəlikləri:

** Regional ofisi Azərbaycan Respublikasının qanunvericiliyinə uyğun olaraq idarə etmək;
** Biznesin bütün maliyyə aspektlərinin müntəzəm işləməsi üçün lazımi prosedurları qaydasına     qoymaq və daxil olan və çıxan əməliyyatlara müvafiq nəzarət vasitələrini həyata keçirmək;
** Layihənin həyata keçirilməsi və büdcə tərtibatı üzrə aylıq hesabatları hazırlamaq;
** Şirkətin strategiyasına uyğun olaraq ofis prosedurları, iş təlimatları və digər sənədləri qəbul və inkişaf etdirmək;
** Ofis üçün müvafiq təchizatçıların seçilməsi və bəyənilməsini təmin etmək;
** Tam iş günü layihə əməkdaşlarını idarə etmək;
** Mövcud və potensial müştərilərlə əlaqə saxlamaq;
** Təkliflər, layihə planları və büdcələrini tərtib etmək;
** Ümumi və layihə təlimlərinin keçirilməsini təmin etmək;
** Layihə üçün tələb olunan vəsaitlərin miqdarını müəyyənləşdirmək və müəyyənləşdirilmiş meyarlar əsasında layihə ştatını seçmək;
** Alınmış layihənin müştəri üçün hazırlanmış təklifə uyğun həyata keçirilməsini təmin etmək;
** Şirkəti rəsmi görüşlərdə təmsil etmək;
** Ofis əməkdaşları, müştərilər, təchizatçılar və tələb olunduqda digər tərəflər üçün müqavilələri təşkil etmək;
**Ofisin gündəlik əməliyyatları və inzibatçılığını təmin etmək.

Tələb olunan əsas keyfiyyətlər:

** Ali təhsil, sosial elmlər sahəsində MBA və ya MS dərəcəsinə üstünlük veriləcəkdir;
** Bazar tədqiqatları sahəsində və ya əlaqədar sahədə idarəetmə s
əviyyəsində 3 il iş təcrübəsi;
** Güclü  kollektivdaxili rəftar, ünsiyyət və analitik bacarıqlar;
** Aktiv, enerjili, intizamlı, qrupa liderlik etmək və onu stimullaşdırmaq bacarığına malik olmaq;
** Təsdiqlənmiş təşkilati və kollektivdaxili ünsiyyət bacarıqları;
** Azərbaycan, rus və ingilis dillərində peşəkar və effektiv yazılı və şifahi bacarıqların olması vacibdir;
** Ofis kompüter proqramları (Word, Excel, PowerPoint);
** Əla idarəetmə bacarıqları;
** Əla təqdimat bacarıqları.

Müraciət proseduru:

Maraqlanan namizədlər ingilis dilində CV və müşaiyət məktublarını 28 fevral 2010-cu il tarixindən gec olmayaraq bakuvacancy@hotmail.com ünvanına göndərməlidirlər. Məktubun mövzu bölümündə müraciət etmək istədiyiniz vəzifəni göstərməyiniz xahiş olunur. Yalnız qısa siyahıya daxil ediləcək namizədlərlə əlaqə saxlanılacaqdır.

 

 

 

Bu məqaləni qiymətləndirin:
8.25
Bookmark and Share
Subscribe
  • email Dosta göndər
  • print Çap üçün
SON ƏLAVƏLƏR
1 2 3 4 5 > xəbər sayı 1 - 70 944