ELANLAR

Beynəlxalq Münasibətlər üzrə Alimlərin 1-ci İllik Simpoziumu

Simpozium 22 - 23 Oktyabr 2010 - cu il tarixində Bakıda keçiriləcəkdir.
BİZİMLƏ BRUNCH
SORĞU 3
Sizcə ən yaxşı Təhsil Mərkəzi hansıdır?

ATƏT-də İnternatura proqramları

Şrift ölçüsü: Decrease font Enlarge font
ATƏT-də İnternatura proqramları

ATƏT müxtəlif Departamentlərinin cari tələb və imkanlarına müvafiq olaraq internatura mövqeləri təklif edir.

Müddət: 2-6 ay arası
Müraciət üçün son tarix: internaturanın nəzərdə tutulan başlanma vaxtından ən az 3 ay əvvəl

Açıqdır: ali təhsilin sonuncu kurs tələbələri, bu yaxınlarda məzun və aspirant olanlar üçün.
 
ATƏT müxtəlif Departamentlərinin cari tələb və imkanlarına müvafiq olaraq internatura mövqeləri təklif edir. İnternatura adətən 2 aydan 6 ayadək  davam edir. İnternatura bitdikdən sonra  təcrübəçini işlə təmin etmək öhdəliyini ATƏT öz üzərinə götürmür. Eləcə də ATƏT internatura üçün seçilmiş namizdələrə hər hansı maliyyə yardımını da nəzərdə tutmur.

Tələblər
* Ali təhsilin (universitet və ya akkreditasiya olunmuş hər hansı institut) sonuncu kurs tələbələri, məzun və ya aspirantları, və ya yeni (təhsili bitirdikdən 1 il sonra) məzun və ya aspirant olanlar.
* Namizədlər üçün yuxarı yaş həddi 30-dur.
* Namizədlər yazılı və şifahi ingilis dili biliklərinə və kompüter savadlılığına malik olmalıdırlar.
* Bu minimal tələblərə əlavə olaraq hər bir missiya üçün əlavə tələblərin olması da  mümkündür.

Müraciət proseduru

Müraciət etmək üçün    
internaturaya müraciət formasını  yükləyin və tam doldurun, qısa motivasiya essesi yazın və bütün bunları poçt, fax və ya e-mail vasitəsilə internatura keçmək istədiyiniz təşkilat və ya missiyaya yollayın (ünvanları linkdə göstərilmiş səhifənin sağ sütunundan əldə edə bilərsiniz). Müraciət paketinə CV əlavə edə bilərsiniz, lakin digər heç bir sənəd tələb olunmur. Ərizələrinizi internaturanın nəzərdə tutulan başlanma tarixindən ən az 3 ay əvvəl göndərməyinizi tövsiyyə edirik.

Xahiş edirik, nəzərə alın ki,yalnız  ilkin nəzərdən keçirilmə zamanı uğur qazanmış namizədlərlə əlaqə saxlanılacaqdır. Müraciətlərin çoxsaylı olduğunu nəzərə alaraq telefon, e-mail və faksla yönləndirilən suallar cavablandırılmayacaqdır.
 http://www.osce.org/employment/13111.html

Bu məqaləni qiymətləndirin:
6.90
Bookmark and Share
Subscribe
  • email Dosta göndər
  • print Çap üçün
SON ƏLAVƏLƏR
1 2 3 4 5 > xəbər sayı 1 - 70 944