ELANLAR

ABŞ Universitetlərinin Təhsil Sərgisi

Sizi mart ayının 30-da təşkil olunacaq ABŞ Təhsil Yarmarkasında iştirak etməyə dəvət edirik.
BİZİMLƏ BRUNCH
SORĞU
Saytımızda ən çox nələri görmək istəyirsiniz?

Ofis Assistenti - Brüsseldə

Şrift ölçüsü: Decrease font Enlarge font
Ofis Assistenti - Brüsseldə

Aylıq əmək haqqı təcrübədən asılı olaraq 2400 avrodur, üstəlik müəyyən imtiyazlar da veriləcəkdir.

CONCORD – yardım və inkişaf üzrə 1600-dən çox Avropa QHT-nin konfederasiyasıdır. Öz katibliyinin effektiv fəaliyyəti məqsədilə konfederasiya yarım iş günü olmaqla təcrübəli Ofis assistentini işə qəbul edir.Ofis assistenti ümumi inzibati məsələlər, təchizat da daxil olmaqla ofisə ümumi xidmət, əsas təchizatçılarla əlaqələr, tədbir və görüşlərin material-texniki təchizatı və verilənlər bazasının idarə edilməsindən məsul olacaqdır.

Uğurlu namizəd təchizatçı vəzifəsində ən az 2 il iş təcrübəsinə malik olmalıdır. Namizədlər ingilis, fransız və ya holland dilində  yüksək səviyyəli şifahi və yazılı bacarıqlar nümayiş etdirməli, yüksək təşkilatlılıq və kiçik qrup daxilində müstəqil çalışmaq qabiliyyətinə malik olmalıdırlar. QHT sektorunda birbaşa iş təcrübəsi və ya müxtəlif mədəniyyətlər mühitində iş təcrübəsinə xüsusi üstünlük veriləcəkdir.Vəzifə yarım iş günüdür ( həftə ərzində saat 19-dan 23-dək) və iş yeri Brüsseldədir. Aylıq əmək haqqı (proporsional əsasda) təcrübədən asılı olaraq  2400 avrodur, üstəlik müəyyən imtiyazlar da veriləcəkdir.Bu maraqlı iş imkanı ilə əlaqədar daha ətraflı məlumat almaq və vəzifə öhdəlikləri ilə tanış olmaq üçün sayta daxil olun: www.concordeurope.org. 

Namizədlərdən  CV və müşaiyət məktublarını ingilis dilində 2010-cu il fevralın 1-dək  jobs@concordeurope.org ünvanına “Office Assistant” başlığı ilə göndərmələri xahiş olunur. Müşaiyət məktubunuzda bu vəzifə üçün uyğunluğunuzu meyarlarla əsaslandırmalısınız. Müsahibələr fevralın 11-də keçiriləcəkdir. Təəssüflə bildiririk ki, yalnız qısa siyahıya daxil ediləcək namizədlərlə əlaqə saxlanılacaqdır.Nəzərə alın ki, yalnız işləmək icazəsinə malik olan namizədlər nəzərdən keçiriləcəkdir. 

Bu məqaləni qiymətləndirin:
8.14
Bookmark and Share
Subscribe
  • email Dosta göndər
  • print Çap üçün
SON ƏLAVƏLƏR
1 2 3 4 5 > xəbər sayı 1 - 70 574