ELANLAR

Beynəlxalq Münasibətlər üzrə Alimlərin 1-ci İllik Simpoziumu

Simpozium 22 - 23 Oktyabr 2010 - cu il tarixində Bakıda keçiriləcəkdir.
BİZİMLƏ BRUNCH
SORĞU 3
Sizcə ən yaxşı Təhsil Mərkəzi hansıdır?

Sumqayıt şəhərində Təlimçilər üçün Təlim keçirilmişdir

Şrift ölçüsü: Decrease font Enlarge font

Avropa İttifaqının maliyyə dəstəyi və Hüquqşünas Qadınlar Assosiasiyası tərəfindən həyata keçirilən “İnsan alveri qurbanlarına hüquqi yardım” layihəsi çərçivəsində Sumqayıt şəhərində  insan alveri mövzusunda Təlimçilər üçün  Təlim keçirilmişdir. Tədbir 12-13 mart  2010-cu ildə Sumqayıt  şəhəri, ATƏT–in Qanunun Aliliyi Sumqayıt  Regional Hüquq Resurs Mərkəzində təşkil edilmişdir. Təlimdə iştirak edən  19  nəfər – “İnsan Hüquqları Maarifləndirmə” İB, “Sağlam Düşüncə”  Gənclər Təşkilatı, ”Debat Klubu”, “İntel Gələcək üçün Təhsil” Təşkilatı, ”Qadın Təşəbbüsü” İB, Sumqayıt İnformasiya Texnologiyaları Akademiyası, “İnsan alverinə Qarşı Sumqayıt Mərkəzi”, Azərbaycan Milli Elmlər Akademiyası, Məktəb Psixoloqlarının Resurs Mərkəzi,   Sumqayıt şəhər 2, 3, 29 və 39 saylı orta məktəblərini təmsil edirdilər.

Təlimi giriş sözü ilə açan “İnsan alveri qurbanlarına hüquqi yardım” layihəsinin rəhbəri Xalısə Şahverdiyeva layihə haqqında məlumat verdi. Sonra təlimçi “Təmiz Dünya” Qadınlara Yardım İctimai Birliyinin rəhbəri Mehriban Zeynalova  insan alveri, anlayışı və formaları, onun doğurduğu nəticələr, insan alveri ilə bağlı milli və beynəlxalq qanunvericilik haqqında iştirakçılara məlumat verdi. Eyni zamanda iştirakçılarla insan alveri və onunla mübarizə yolları müzakirə olundu, iştirakçılar hazırladıqları  qrup işlərində mübarizənən forma və metodları haqqında fikirlərinin bildirdilər. İnsan alveri mövzusunda maarifləndirmənin xüsusiyyətləri barədə  müxtəlif qruplara və icmalara yanaşma metodları ilə bağlı iştirakçılara praktiki məlumat verdi. Layihə heyəti iştirakçıların mövzuya münasibətlərini, aktivliyini yüksək qiymətləndirdilər.

Tədbirin ikinci günündə İnsan Alverinə qarşı QHT Koalisiyasinin koordinatoru Nazir Quliyev iştirakçılara insan alveri ilə bağlı tədbirlərdə yanaşma metodları, təlimçilik bacarıqları və keyfiyyətləri  haqqında məlumat verdi.  

Regionlarda təşkil olunan təlimlərin  birinci mərhələsi insan alveri mövzusunda yerli təlimçilərin hazırlanmasıdır ki, daha sonra iki ay müddətində həmin təlimçilər öz icmalarında iki və ya üç təlim keçirmələri (hər bir təlimdə iştirakçıların sayı 10-20 nəfər) nəzərdə tutulur. Həmçinin yerli təlimçilər “İnsan alveri qurbanlarına hüquqi yardım” layihəsi çərçivəsində  regionunda yaşayan müxtəlif əhali qrupları arasında insan alveri barədə məlumatlandırma aksiyalarının keçirilməsində, maarifləndirici materiallarin yayılmlanmasında yaxından iştirak edəcəklər. Eyni zamanda Sumqayıt regionu üzrə regional koordinator təyin olundu ki, bu da həmin regionla əlaqələrin və əməkdaşlığın davamlığına səbəb olacaqdır.

Layihə heyəti  Sumqayıt regionunda təşkil olunacaq yerli təlimlərin mütəmadi  olaraq monitorinqini aparmağı planlaşdırır.

 

Bu məqaləni qiymətləndirin:
7.00
Bookmark and Share
Subscribe
  • email Dosta göndər
  • print Çap üçün
SON ƏLAVƏLƏR
1 2 3 4 5 > xəbər sayı 1 - 70 944