16.12.2011 | Baxış sayı: 888
Azərbaycan Respublikasının Prezidenti yanında Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurası 2012-ci il üçün QHT layihələrinin maliyyələşdirilməsi ilə bağlı müsabiqə elan edir. Azərbaycan Respublikasının Prezidenti yanında Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurası (bundan sonra "Şura" adlanacaq) müsabiqədə iştirak etmək üçün QHT-ləri ərizə təqdim etməyə dəvət edir. Şura ilk növbədə "Azərbaycan Respublikasının qeyri-hökumət təşkilatlarına dövlət dəstəyi Konsepsiyası"na uyğun olaraq, aşağıdakı mövzular üzrə layihələrə üstünlük verəcəkdir:
Müsabiqənin istiqamətləri 1 layihənin maksimum məbləği Müsabiqənin ümumi fondu
1. İnsan hüquqları və demokratiya məsələlərinə dair təşəbbüslər: 10.000,0 100.000,0
2. Azərbaycanın təbliği və ərazi bütövlüyünün bərpası ilə bağlı xarici ölkələrdə tədbirlərin təşkili: 10.000,0 110.000,0
3. Təhsil və mədəniyyətin inkişafına ictimai dəstək: 10.000,0 90.000,0
4. "Eurovision- 2012" mahnı müsabiqəsilə bağlı keçirilən tədbirlərə ictimai dəstək: 10.000,0 80.000,0
5. Ətraf mühitin mühafizəsi və sağlamlığın qorunması istiqamətində təşəbbüslər: 10.000,0 90.000,0
6. Qadın, uşaq və gənclərin inkişafına, ailə institutunun möhkəmlənməsinə ictimai dəstək: 10.000,0 90.000,0
7. Korrupsiya, insan alveri, narkomaniya və terrorizmlə mübarizəyə həsr olunmuş təşəbbüslərə dəstək: 10.000,0 100.000,0
8. Region QHT-lərinin təşəbbüslərinə dəstək: 10.000,0 240.000,0
9. Sosial problemlərin həllinə ictimai dəstək: 10.000,0 100.000,0
10. Müharibədən zərər çəkənlərin sosial problemlərinin həllinə dəstək: 10.000.0 100.000,0
CƏMİ: 1.100.000
Müsabiqə aşağıdakı sahələri dəstəkləmir:
• Siyasi fəaliyyət
• Dini fəaliyyət
• Ayrı-ayrı fərdlərə maddi yardım
• Təhsil üçün təqaüdlər
Ərizələr 09 dekabr 2011-ci il tarixdən həftənin I-V günlərində (yalnız iş günləri) saat 10.00-dan 18.00-dək Şuranın ofisində qəbul olunur. Ərizə şəxsən təqdim edilməli və ya poçtla göndərilməlidir.
ƏRIZƏLƏRIN QƏBULU ÜÇÜN SON TARIX: 30 dekabr 2011-ci il saat 13.00
Ünvan: AZ 1000, Bakı şəhəri, Fikrət Əmirov küçəsi 1.
Ərizə və ona əlavə olunan sənədlər yalnız Şuranın təsdiq etdiyi formada (elana əlavə edilir: Əlavə 1, Əlavə 2, Əlavə 3), Azərbaycan dilində çap və elektron variantlarında (elektron daşıyıcılarda: CD diskdə və ya USB-də, Times New Roman şriftində) hazırlanmalı və Şuranın Katibliyinə təqdim edilməlidir.
Əlavə 1: Ərizə forması
Əlavə 2: Layihə təklifi forması
Əlavə 3: Layihənin büdcəsinin hazırlanmasına dair təlimat
Müsabiqənin nəticələri 2012-ci ilin martın 01-dən sonra elan olunacaq.
Müsabiqə ilə əlaqədar məlumatlandırma sessiyası 15 dekabr 2011-ci ildə saat 15.00-da Beynəlxalq Mətbuat Mərkəzində (Mətbuat pr.23-A) keçiriləcək.
Qeyd: Ərizənin elektron formasını, həmçinin müsabiqənin şərtləri, seçim meyarları və qiymətləndirmə qaydası ilə Şuranın www.cssn.gov.az saytından tanış olmaq olar.
Müsabiqə ilə bağlı əlavə məlumat almaq üçün Şuranın Katibliyinə müraciət etmək olar.
Tel /faks: (012) 493 17 80, 493 17 32.
E-mail: Bu email ünvanı spambotlardan qorunur. Onu görmək üçün JavaScripti qoşmaq lazımdır. .
Paylashmaq