TƏDBİRLƏR

Media Hüquqları Mərkəzi (MHM ) gənclər arasında insan haqlarına həsr olunmuş qısametrajlı filmlərin çəkilişini elan edir.

06.02.2012  |   Baxış sayı: 265

58announcementFilmlər Azərbaycanda insan haqları ilə bağlı problemləri əhatə edəcək mövzulara həsr olunacaq. Filmlərin çəkilişində janrların seçim azadlığı iddiaçıların ixtiyarına veriləcək. Təşəbbüs göstərən gənclərə təşkilat tərəfindən texniki , informativ və yaradıcı dəstək veriləcək.

Filmlərin çəkilişi ilə bağlı təşkilatın ofisində informasiya sessiyaları təşkil olunacaq.

Filmlər www.FreeSpace.az saytında iki dildə - Azərbaycan və ingilis dillərində yayımlanacaq. Fəaliyyətin sonunda filmlərin təqdimat mərasimi keçiriləcək.

Müraciət etmək istəyənlər aşağıdakı tələblərə cavab verməlidir:

- 18-25 yaş həddində olmalı;

- Azərbaycan vətəndaşı olmalı;

- Yaradıcı olmalı;

- İnsan haqları və nyu-media ilə işləməyə marağı və həvəsi olmalı;

- Gələcəkdə bu sahədə işləmək təşəbbüsü istiqamətində təkliflərə malik olmalı;

Çəkiləcək filmlər aşağıdakı tələblərə cavab verməlidir:

- Mövzu Azərbaycanda insan haqları ilə bağlı problemləri əhatə etməlidir;

- Filmlərin müddəti qısa olmalıdır – (3-5, 4-6 dəqiqə - bundan az ola da bilər, amma çox olmamalıdır);

- Janr seçimi sərbəstdir;

Iddiaçılar aşağıdakı ünvanlara özləri haqqında məlumatları göndərə bilərlər:

Bu email ünvanı spambotlardan qorunur. Onu görmək üçün JavaScripti qoşmaq lazımdır. ,

Əlaqə telefonları:

497 87 54

Ünvan: Bakı şəhəri, İçəri Şəhər, Kiçik Qala küçəsi, 128/7. AZ 1000

Paylashmaq