TƏDBİRLƏR

“Şərq Tərəfdaşlığı” gənclər proqramı üçün çağırış.

06.02.2012  |   Baxış sayı: 398

168366 187381194635742_162490570458138_442878_7083812_nAEGEE-Bakı "Beynəlxalq Siyasət İşçi Qrupu"təqdim edir.

"EaP Team Azerbaijan" "Şərq tərəfaşlığı" proqramı üçün fəal və potensiallı gənclərə çağırış elan edir. Layihədə beynəlxalq münasibətlər, politologiya, hüquq fakültəsinin tələbələri iştirak edə bilər. Layihə ərzində iştirakçılar:

 

1) Lokal konfrans və debatlarda iştirak edəcək

2) Bakı Dövlət Universiteti və Xəzər Universitetində keçiriləcək olan "EaP Simulation game"

3) Qafqaz mədəniyyət gecələri

4) Film gecəsi

5) Dəyirmi masa

 

Kimi sosial aktivliklərdə iştirak edəcəklər. Layihədə fərqlənən iştirakçılar diplomla təltif ediləcəklər.

Layihə iştirakçısı olmaq istəyənlər fevral ayının 11-nə qədər CV-lərini (əlaqə nömrəsi daxil olmaqla) Bu email ünvanı spambotlardan qorunur. Onu görmək üçün JavaScripti qoşmaq lazımdır. ünvanına yollamalıdırlar. İlk mərhələdən keçən iştirakçılar müsahibəyə dəvət olunacaqlar.

 

Layihənin keçirilmə müddəti : 18,23 fevral, 3 mart.

Əlavə suallar üçün : Bu email ünvanı spambotlardan qorunur. Onu görmək üçün JavaScripti qoşmaq lazımdır.  

Məsul şəxs: Fuad Şahbazov


EaP nədir ?

Qafqaz regionunda mövcud olan münaqişələr dövlətlər arasında yaxın əlaqələrin qurulmasına ən böyük manelərdən biridir. Gənc nəsil arasında bu tip münaqişələrin çox gec və passiv yayıldığını nəzərə alaraq biz EaP Team olaraq onlar arasında demokratik dəyərlərin yayılmasına,inkişaf etməsinə,mədəni mübadiləsinə çalışırıq. Düşünürük ki, bu gələcəkdə regionda sülh toxumlarının inkişaf etməsinə öz töhfəsini verəcəkdir.

"Şərq Tərəfdaşlığı" proqramı Avropa Birliyi tərəfindən keçmiş postsovet ölkələri ilə münasibətlərin yaxşılaşdırılmasına istiqamətlənmiş böyük bir layihədir. Məqsəd postsovet ölkələrində ədalətli cəmiyyətin qurulmasına,insane hüquqlarının qorunmasına yardım etməkdir.

Paylashmaq