21.01.2012 | Baxış sayı: 124
Psixologiya və Konsultasiya Mərkəzinin Uşaq İnkişaf Məktəbi Uşaq psixoloji inkişaf qruplarına müxtəlif yaş qrupları üzrə (azərbaycan və rus dillərində) dinləyicilərin qəbulunu elan edir.
TƏLİMİN FAYDALARI :
Bu proqram psixologiyanın ən praktik texnikaları ilə övladlarınızda ən kiçik yaşlardan (3 yaş) tutmuş ilk məktəb illəri də daxil olmaqla müxtəlif dövrlərdə yarana bilən fobiyaların aradan götürülməsi, sosial və psixo-sosial problemlərin korreksiyası, özünü daha yaxşı tanıma, mühitə rahat adaptasiya və ünsiyyət bacarıqlarının artması kimi keyfiyyətləri inkişafını təmin edəcək. Qrup terapiyasının övladınıza aşağıdakı faydaları var :
• Özünə inamın artırılması.
• Doğru ünsiyyət qurma vərdişlərinin qazandırılması
• Cəmiyyətə adaptasiyanın təmin edilməsi
• Diqqət və konsentrasiyanın yüksək səviyyəyə qaldırılması.
• Sağlam qalibiyyət hissinin formalaşdırılması və məğlub olmağı qəbul edə bilmək.
• Vaxtı səmərəli istifadə etməyi aşılamaq.
• İş intizamı və motivasiyasının artırılması.
• Məktəbdə tapşırıqların daha yaxşı mənimsənilməsi
• Uşaqların cəmiyyətdə davranışlarının korreksiyası
• Təsnifatlaşma bacarığının inkişafı, görmə yaddaşı, diqqətin inkişafı
• Qısamüddətli eşitmə hafizəsinin aktivləşdirilməsi
• Obrazları tam qavranılmasının inkişafı, bir şəklə əsasən hekayə qurmaq bacarığı
• Məntiqi təfəkkürün inkişafı
• Əllərin incə motorikası
Təlim həftədə 1 dəfə 1 saat (müxtəlif oyunlar və yarışlar) olmaqla qrup şəklində keçirilir. Hər 4-cü məşğələ zamanı paralel olaraq psixoloq valideynlərlə görüşəcək və öz məsləhətlərini verəcək.
İştirak haqqı: 30 AZN
Əlavə məlumat və qeydiyyat üçün:
Psixologiya və Konsultasiya Mərkəzinin Uşaq İnkişaf Məktəbi
Cəfər Cabbarlı kuc., 44.
Caspian Plaza 1, 3-cu mərtəbə
Az1065, Bakı,Azərbaycan
Tel: (+99412) 480-28-16
(+99412) 408-16-19
Mob: (+99455) 495-27-00
Web: www.pcc.az
Email: Bu email ünvanı spambotlardan qorunur. Onu görmək üçün JavaScripti qoşmaq lazımdır.
Paylashmaq