TƏDBİRLƏR

Universitet tələbələri və məzunlar üçün 2012-ci il Bakı BMT Modeli Konfransı

17.01.2012  |   Baxış sayı: 585

UN-LOGO copyQlobal problemləri həll etməyə marağınız var? İngilis dili, təqdimat, debat və danışıqlar aparmaq bacarıqlarınızı sınaqdan keçirmək istəyirsiniz?

 

Elə isə universitet tələbələri və məzunlar üçün BMT Modeli konfransına qoşulun. BMT İctimai İnformasiya Departamenti, BMT-nin Keçmiş Təcrübəçiləri Assosiasiyası, AR Prezidenti yanında Dövlət İdarəçilik Akademiyasının Tələbə Gənclər Təşkilatı və IDEA Ətraf Mühit Kampaniyası "Təhlükəsiz Ətraf mühit naminə Atom Elektrik Stansiyalarının ləğv edilməsi" mövzusunda BMT Modeli təşkil edir.

BMT Modeli BMT Təhlükəsizlik Şurasının simulyasiyasıdır. Konfransda tələbələr səfir rolunu oynayır və onlara tapşırılan ölkəni təmsil edirlər. Onlar diplomatiya və danışıqlar yolu ilə mürəkkəb qlobal məsələləri həll etməyə çalışırlar. Hər il dünyada 400-dən çox BMT Modeli konfransları keçirilir.

 

İştirakçı profili:

- Konfrans keçirilən zaman 18-26 yaş;

- Yüksək ingilis dili və təqdimat bacarıqları;

- Beynəlxalq münasibətlər, politologiya, hüquqşünaslıq, ətraf mühit və ekologiya və s. bu kimi ixtisasdan olan universitet tələbələri və ya məzunlar.

İştirak edə bilmək üçün zəhmət olmasa öz CV (tərcümeyi hal) və motivasiya məktubunuzu 5 fevral 2012-ci il tarixinədək "Application to MUN 2012" başlığı ilə Bu email ünvanı spambotlardan qorunur. Onu görmək üçün JavaScripti qoşmaq lazımdır. e-poçt ünvanına göndərin (Qeyd: CV və motivasiya məktubu ingilis dilində olmalıdır).

Paylashmaq