TƏDBİRLƏR

“ Könülləri sevindirək ki, könlümüz sevinsin”

15.12.2011  |   Baxış sayı: 498

aegeeBir çoxlarınız yaxınlarınıza Yeni İl hədiyyəsi etmək fikirindəsiniz. "Könülləri sevindirək ki, könlümüz sevinsin" layihəsi davam edir. 24 dekabr tarixində Gənclər Fəaliyyətinə Dəstək Mərkəzində, Mərdəkan qəsəbəsində yerləşən "Zəif eşidən və sonradan karlaşmış uşaqlar üçün internat mektəbi"nin balaca rəssamlarının rəsm və əl iş sərgisi təşkil olunacaq.

Beləliklə, Siz bu sərgidə iştirak etməklə həm yaxınlarınıza hədiyyə ala bilər və həm də balaca rəssam-dostlarımıza mənəvi və maddi dəstək ola bilərsiniz.

Tədbir 14.00-17.00a kimi davam edəcəkdir.

Dostlar, xahiş edirik gecikməyin, çünki uşaqlar vaxtinda məktəbə qayitmalıdır!

Dekabr ayının 16-a dək 2 yaşdan 19 yaşa dək oglan və qızlar üçün paltar yığımı davam edəcək. Təqdim edəcəyiniz təmiz və səliqəli paltarları Aegee Bakı ofisinə gətirə bilərsiniz. AEGEE Balı ofisi Əlövsət Quliyev 69 ünvanında yerləşir.

Ələqə saxlamaq üçün aşağıdakı nömrələrə müraciət edə bilərsiniz:

Samir Məmməd 0556199932

Toğrul Vəliyev 0557677742

Rəşad İlyasov 0552699181

Hörmətlə Aegee-Bakı və Aegee-Bakı Mədəniyyət İşçi qrupu.

Paylashmaq