ELANLAR

Beynəlxalq Münasibətlər üzrə Alimlərin 1-ci İllik Simpoziumu

Simpozium 22 - 23 Oktyabr 2010 - cu il tarixində Bakıda keçiriləcəkdir.
BİZİMLƏ BRUNCH
SORĞU 3
Sizcə ən yaxşı Təhsil Mərkəzi hansıdır?

Mərkəzi Avropa Universitetində Ədliyyə Təşəbbüsü Təqaüdçüləri Proqramı

Şrift ölçüsü: Decrease font Enlarge font
Mərkəzi Avropa Universitetində Ədliyyə Təşəbbüsü Təqaüdçüləri Proqramı

Ədliyyə Təşəbbüsü Təqaüdçüləri proqramı iki illik təhsil və təcrübə proqramıdır. (2010-2012-ci illər )

 Ədliyyə Təşəbbüsü Açıq Cəmiyyəti və Açıq Cəmiyyət İnstitutu (ACİ) Mərkəzi Avropa Universiteti (MAU) ilə birlikdə 2010-2012-ci illər üçün Ədliyyə Təşəbbüsü Təqaüdçüləri proqramını elan edir. Proqramın məqsədi vəkillər və beynəlxalq səviyyədə  insan haqları ilə əlaqəli sahələrdə çalışan aktivistlərin şəbəkəsini dəstəkləmək və sonrakı inkişafını təmin etməkdir. Hazırki dövrdə 150-dən çox təqaüdçü 1996-cı ildə yaradılmış Ədliyyə Təşəbbüsü təqaüd proqramından məzun olmuşlar. Ədliyyə Təşəbbüsü Təqaüdçüləri proqramı iki illik təhsil və təcrübə proqramıdır.2010 –cu il proqramında iştirak etmək üçün 10-a yaxın namizəd seçiləcəkdir. Bu regionlardan və ölkələrdən olan namizədlər müraciət edə bilərlər : Mərkəzi və Şərqi Avropa, keçmiş Sovet İttifaqı ölkələri, Afrika, Asiya, Orta Şərq və Mərkəzi/Cənubi Amerika.Namizədlər insan haqları ilə məşğul olan milli QHT-lər tərəfindən irəli sürülməlidirlər. Namizəd insan haqlarına güclü bağlılıq nümayiş etdirməli,ali təhsilli olmalı və ingilis dilini yüksək səviyyədə bilməlidir. Seçim meyarları  namizədin təcrübəsini, onun insan haqlarının müdafiə və rəğbətləndirilməsinə töhfəsini  və irəli sürüldüyü QHT-dən namizəd kimi münasibliyi keyfiyyətlərini özündə ehtiva edəcəkdir. Seçimdən sonra təqaüdçülər iki illik proqram üçün Ədliyyə Təşəbbüsü ilə razılaşma müqaviləsi imzalamalıdırlar. İlk il Mərkəzi Avropa Universitetində, ikinci il isə namizədin öz ölkəsində irəli sürüldüyü QHT-də işləməklə keçiriləcəkdir.Ədliyyə Təşəbbüsü Təqaüdçüləri ümumən 1 il ərzində Macarıstanda, MAU-nin hüquq tədqiqatları fakültəsində yaşayacaqlar. Onlar elmi dərəcə proqramları keçəcəklər (magistr və ya insan haqqları üzrə hüquq magistri, onların bakalavr dərəcələrindən asılıdır), hansılarda ki, MAU-də İnsan Haqları proqramının bütün tələblərini yerinə yetirməli olacaqlar.  MAU-də olarkən təqaüdçülər  yanvardan martadək Avropanın aparıcı QHT –ləri ilə 3 aylıq təcrübədə də  iştirak edəcəklər.Birinci il ərzində Ədliyyə TəşəbbüsüTəqaüd Proqramı MAU Hüquqi Araşdırmalar Departamenti tərəfindən Ədliyyə Təşəbbüsü ilə birlikdə idarə olunacaqdır. Maliyyə şəraiti MAU-nin bütün təqaüdçü tələbələri üçün siyasətilə identik olacaqdır.Birinci ildən sonra təqaüdçülər öz ölkələrindəki irəli sürüldükləri QHT-lərə qayıdacaq və burada qeyri-kommersiya əsaslarında insan haqlarının müdafiəsi  sahəsində ən azı bir il çalışacaqlar: hüquq xidmətlərinin göstərilməsi, insan haqlarının məhkəmə araşdırmalarının aparılması, treninq və təhsil proqramlarının keçirilməsi və s. Ədliyyə Təşəbbüsü namizədə ikinci il ərzində yerli QHT-də müəyyən edilmiş əmək haqqına uyğun məbləğdə  maaş ödəyəcəkdir. Bu məbləğ QHT-yə qrant şəklində veriləcəkdir.

Müraciət ProseduruNəzərə alın ki, namizədlər öz ərizələrini onlayn təqdim etməlidirlər. Onlar MAU-nin Qəbul tələblərinə (http://www.ceu.hu/admissions) , eləcə də MAU Hüquqi Araşdırmalar Departamentinin tələblərinə(http://web.ceu. hu/legal/ prosp_students. html) uyğun olmalıdırlar. Bundan əlavə, namizədlər öz ərizələrinə aşağıdakı sənədləri də daxil etməlidirlər:
1. QHT tərəfindən irəli sürülmə məktubu, burada irəli sürülmə səbəblərinin, QHT-nin layihədən gözləntilərinin təsviri və namizəd Macarıstanda 12 aylıq treninq proqramından geri döndükdən sonra onu
ən azı 1 illik  müddətə müqavilə əsasında işə götürmə barədə (Ədliyyə Təşəbbüsünə verilən) öhdəlik  olmalıdır.
İrəli sürülmə məktubu  eləcə də seçildiyi təqdirdə namizədə QHT tərəfindən təklif olunacaq aylıq əmək haqqının (vergi və ödənişlər daxil olmaqla) ABŞ dollarlarında ifadə olunmuş miqadarını da (Ədliyyə Təşəbbüsü tərəfindən QHT-yə qrant olaraq verilir )ehtiva etməlidir.2. İngilis dili biliklərinin sübutu.Keçmiş Sovet İttifaqı ölkələrindən, Mərkəzi və Şərqi Avropadan olan namizədlər üçün dil bilgisi sınaqları yerli Soros Fondu/Açıq Cəmiyyəti koordinatorları tərəfindən keçiriləcəkdir, sınaq saytlarının siyahısını burada görmək olar:  http://www.ceu. hu/admissions/ contacts/ localreps  . Mərkəzləşdirilmiş TOEFL və departament sınaqlarının tarixini burada görmək olar: http://www.ceu.hu/admissions/process. Sınaq regionundan kənarda yaşayanlar topladıqları  ballar haqda rəsmi hesabatı təqdim etməlidirlər(bax, həmçinin: http://www.ceu. hu/admissions/ requirements/ language# ceutoefl).3. Ədliyyə Təşəbbüsü Təqaüdçüləri proqramına müraciətin məqsədlərinin təsvir olunduğu ərizə.
4. Təcrübənin ikinci ilində irəli sürüldüyü yerli QHT-də göstərəcəyi layihə üzrə fəaliyyət planı təklifi.
MAU-də ərizələrin qəbulunun son tarixi 25 Yanvar 2010-cu il.Proqramın birinci ili ilə əlaqədar suallarla bağlı daha ətraflı məlumat üçün əlaqə saxlayın: Katalin Horvath
Xüsusi Proqram Koordinatoru, Hüquqi Araşdırmalar Departamenti, Mərkəzi Avropa Universiteti, Nador u. 9, Budapeşt 1051, tel: +361 327-3205, e-mail:
Horvathk@ceu.hu, web: http://web.ceu. hu/legal  

Proqramın bütün müddəti və ikinci il öhdəlikləri ilə bağlı daha ətraflı məlumat üçün əlaqə saxlayın:Anna Fischer
Ədliyyə Təşəbbüsü  Təqaüdçülər proqramının koordinatoru, Oktyabr 6. u. 12, Budapeşt 1051, tel: +361 327-3108; fax: +361 327 3103; e-mail:
afischer@osi. hu, web: http://www.justicei nitiative. org/  
Proqram haqda yazılmış məlumatla əlaqədar, daxil olun: http://web.ceu. hu/legal/ OSJI.htm  

Bu məqaləni qiymətləndirin:
7.50
Bookmark and Share
Subscribe
  • email Dosta göndər
  • print Çap üçün
SON ƏLAVƏLƏR
1 2 3 4 5 > xəbər sayı 1 - 70 944