ELANLAR

Könüllülər Proqramı

Magnus Təhsil Mərkəzi Könüllülər Proqramı elan edir.
BİZİMLƏ BRUNCH
SORĞU 3
Sizcə ən yaxşı Təhsil Mərkəzi hansıdır?

Fulbrayt Ali Məktəb Müəllimləri üçün İnkişaf Proqramı

Şrift ölçüsü: Decrease font Enlarge font
Fulbrayt Ali Məktəb Müəllimləri üçün İnkişaf Proqramı

ABŞ Dövlət Departamenti və Amerika Səfirliyi Fulbrayt Proqramı çərçivəsində Ali Məktəb Müəllimləri üçün İnkişaf proqramıni (FFDP) elan edir.

Ərizələrin son təqdim edilmə tarixi: 16 avqust, 2010

Bu proqram gənc və perspektivli universitet müəllimlərinin professional inkişafı üçün nəzərdə tutulmuş dərəcəsiz proqramdır və aşağıda qeyd olunan imkanlari təklif edir:

·         Yeni dərs kurslarını inkişaf etdirmək və öz universitetlərində yeni kurrikulum islahatları keçirmək

·         ABŞ tədris metodlarinin şəxsən müşahidə olunması nəticəsində müəllimlik bacarıqlarını mükəmməlləşdirmək

·         Öz tədris sahəsində məlumat bazasını genişləndirmək

·         Qəbul edən ABŞ universiteti ilə öz universiteti arasında gələcək əlaqə və mübadilə üçün aparıcı rol oynamaq

 Proqramda iştirak etmək üçün namizəd aşağıda qeyd olunan tələblərə cavab verməlidir:

·         Ali təhsilə malik olmalı

·         ərizə verilən zaman ali təhsil ocağında dərs deməli

·         ən azı 2 il müddətində ali təhsil ocağında dərs demək təcrübəsinə malik olmalı

·         yazılı və şifahi ingilis dilini mükəmməl bilməli (seçilmiş namizədlərdən TOEFL testi vermək tələb oluncaqdır)

2011-2012 FFDP proqramı ABŞ universitetlərinin birində bir akademik il müddətində (2011-ci ilin payız və 2012-ci ilin qış semestri) kurs təklif edir. Proqrama dərslərin müşahidə olunması, kurrikulumun inkişafı, resurs materiallarının toplanması, müxtəlif konfranslarda iştirak etmək, ABŞ həmkarları ilə əməkdaşlıq etmək və s. daxil edilmişdir. İstənilən sahə üzrə namizədlər proqramda iştirak edə bilərlər. Bütün xərclər proqram tərəfindən ödənilir.

Ərizəni necə təqdim etməli:

Namizədlər qeyd olunan linkdə onlayn ərizə formasını dolduraraq  16 avqust, 2010 tarixinə kimi təqdim etməlidirlər: https://apply.embark.com/student/fulbright/international 

Ərizə forması aşağıdakılardan ibarətdir:

·         doldurulmuş ərizə forması

·         Marağınızı və planlarınızı ifadə edən inşa

·         3 ədəd tövsiyə məktubu

·         CV

Bütün sənədlər ingilis dilində təqdim olunmalıdır. Tövsiyə məktubları imkan daxilində ingilis dilində təqdim olunmalıdır, belə olmadığı halda onların ingilis dilinə tərcüməsi təqdim edilməlidir.

Daha ətraflı məlumat üçün ABŞ səfirliyinə müraciət edin:

Ünvan: Azadlıq prospekti, 83
Tel: 498 03 35     
e-mail:
bakuEducation@state.gov

http://azeri.azerbaijan.usembassy.gov/educational_programs.html 

 

Bu məqaləni qiymətləndirin:
6.50
Bookmark and Share
Subscribe
  • email Dosta göndər
  • print Çap üçün
SON ƏLAVƏLƏR
1 2 3 4 5 > xəbər sayı 1 - 70 1051