ELANLAR

Beynəlxalq Münasibətlər üzrə Alimlərin 1-ci İllik Simpoziumu

Simpozium 22 - 23 Oktyabr 2010 - cu il tarixində Bakıda keçiriləcəkdir.
BİZİMLƏ BRUNCH
SORĞU 3
Sizcə ən yaxşı Təhsil Mərkəzi hansıdır?

2010/2011-ci tədris ilində Türkiyə Dövləti xətti ilə Türkiyə Respublikasının universitetlərində təhsil almaq istəyən Azərbaycan gənclərinin nəzərinə

Şrift ölçüsü: Decrease font Enlarge font
2010/2011-ci tədris ilində Türkiyə Dövləti xətti ilə Türkiyə Respublikasının universitetlərində təhsil almaq istəyən Azərbaycan gənclərinin nəzərinə

2010/2011-ci tədris ilində Türkiyə Dövləti xətti ilə Türkiyə Respublikasının universitetlərində təhsil almaq istəyən Azərbaycan gəncləri qəbul imtahanında iştirak etmək üçün aşağıdakılara diqqət etməlidirlər.

Qəbul imtahanında iştirak etmək üçün

1. Hal-hazırda 11-ci sinifdə təhsil alan,

2. 01 yanvar 2010-cu il tarixinə yaşı 24-ə çatmamış və orta məktəbi bitirmiş fiziki və əqli cəhətdən sağlam Azərbaycan vətəndaşları ərizə verə bilərlər. Türkiyədə dövlət xətti ilə təhsil alaraq hər hansı səbəbdən təhsilini yarımçıq qoymuş və ya xaric olunmuş, ali məktəb tələbəsi və ya məzunu olan şəxslər ərizə verə bilməzlər.
Ərizələrin qəbulu 5 - 17 aprel 2010-cu il tarixlərində (şənbə və bazar günləri istisna olmaqla) saat 10-dan 17-dək aşağıda göstərilən Sənəd Qəbulu Komissiyalarında aparılacaqdır:

1.

BAKI Ş.

AZƏRBAYCAN TEXNİKİ UNİVERSİTETİ

2.

BAKI Ş.

AZƏRBAYCAN MEMARLIQ VƏ İNŞAAT UNİVERSİTETİ

3.

NAXÇIVAN Ş.

TQDK-NIN NAXÇIVAN REGİONAL BÖLMƏSİ

4.

GƏNCƏ Ş.

TQDK-NIN GƏNCƏ REGİONAL BÖLMƏSİ

5.

SUMQAYIT Ş.

SUMQAYIT DÖVLƏT UNİVERSİTETİ

6.

LƏNKƏRAN Ş.

TQDK-NIN LƏNKƏRAN REGİONAL BÖLMƏSİ

7.

ŞƏKİ Ş.

TQDK-NIN ŞƏKİ REGİONAL BÖLMƏSİ

8.

QUBA Ş.

TQDK-NIN QUBA REGİONAL BÖLMƏSİ

9.

ŞİRVAN Ş.

ŞİRVAN ŞƏHƏR TƏHSİL ŞÖBƏSİ


İmtahanda iştirak etmək istəyənlər şəxsiyyət vəsiqəsini, orta məktəbi bitirdikləri haqqında attestatın əslini və yaxud hal-hazırda 11-ci sinifdə təhsil almaqları haqqında arayışı, 3 x 4 sm ölçüdə 2 ədəd fotoşəkli Sənəd Qəbulu Komissiyasına təqdim etməklə vahid ərizə formasını şəxsən doldurmalıdırlar.
Abituriyentlər ərizə vermək və imtahanda iştirak etmək üçün pul ödəmirlər.

İmtahana buraxılış vərəqələrini almaq üçün abituriyentlər 22-24 aprel 2010-cu il tarixlərində ərizə verdikləri Sənəd Qəbulu Komissiyalarına müraciət etməlidirlər. İmtahana buraxılış vərəqəsini almayan abituriyentlər imtahana bura¬xılmayacaqlar. İmtahan 2010-cu il aprel ayının 25-də test üsulu ilə keçiriləcəkdir.

Abituriyentlər Türkiyə Respublikasının ali məktəblərinin ixtisasları haqqında məlumatı müvafiq Sənəd Qəbulu Komissiyalarından ala bilərlər.

Abituriyentlər imtahanı Azərbaycan və ya rus dilində verə bilərlər.

Müsabiqə Türkiyə Respublikası Öyrənci Seçmə və Yerləşdirmə Mərkəzi tərəfin¬dən aparılacaq. Abituriyentlərin səhvlərinə görə Öyrənci Seçmə və Yerləşdirmə Mərkəzi məsuliyyət daşımır. Müsabiqədən keçən abituriyentlər Türkiyə Respublikasında bir tədris ili müddətində «Türkcə Öyrətim Mərkəzləri»ndə türk dili hazırlıq kursunu keçəcəklər. Əlavə olaraq türk dilindən müvəffəqiyyətlə imtahan verib müsa¬biqədən keçən abituriyentlər hazırlıq kursunda təhsil almadan birinci kursa qəbul olunacaqlar.

Diqqət! Türkiyə Respublikasının ali məktəblərinə daxil olanlar 2010/2011-ci tədris ili üçün Azərbaycan Respublikasının ali məktəblərinə keçirilən qəbul imtahanlarının müsabiqəsində iştirak etmək hüququnu itirəcəklər.
Ətraflı məlumatı www.tqdk.gov.az ünvanında yerləşən internet səhifəsindən ala bilərsiniz.

Bu məqaləni qiymətləndirin:
6.67
Bookmark and Share
Subscribe
  • email Dosta göndər
  • print Çap üçün
SON ƏLAVƏLƏR
1 2 3 4 5 > xəbər sayı 1 - 70 944